Bakının Nəsimi rayonunda "Daewoo" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.