Rusiyada çempionu öldürən Anarın ailəsində faciə

“Müdafiə etdiyim şəxsin atası yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. O, mənim ofisimə yox, yaxınlıqda yerləşən öz iş yerinə gedirmiş. Bu gün dəfn olunacaq. Anar dəfndə iştirak etməyəcək, buna qanun icazə vermir”, - deyə vəkil Lısenko bildirib.
Vəkil Anar Allahverənovun atasının ünvanına 2017-ci il ərzində çoxlu sayda hədələrin gəldiyini bildirib. Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, ötən il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.
Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər. Anar Allahverənovun maraqlarını məhkəmədə 3 vəkil təmsil edir.
AzVision.az
Teqlər: Rusiya Çempion Qəza Qətl