17 yanvar 2018-ci il tarixində Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə Şollar-Bakı su kəmərindən qidalanan istehlakçıların su təchizatında məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, buna səbəb Bakı Metropoliteninin Bənövşəyi xəttinin Elektrik Deposunun tikintisi layihəsi çərçivəsində Yeni Avtovağzal yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsidir.