“Bakcell” metroda 4G xidmətini təqdim edib

“Bakcell”in LTE şəbəkəsi hazırda Bakı metrosunun 21 stansiyasında (təmir olunan “Sahil” stansiyası istisna olmaqla) mövcuddur. “Bakcell” şirkətinin tətbiq etdiyi ən müasir “LTE Advanced” texnologiyası sayəsində, operatorun abunəçiləri artıq hətta metroda belə saniyədə 225 meqabitə çatan sürətin imkanlarından yararlana biləcəklər. Qeyd edək ki, bu xidmətin hazırda yalnız metro stansiyalarının platformalarında istifadəsi mümkündür.
“Biz metrodan tez-tez istifadə edən “Bakcell” abunəçilərinə çox yüksəkkeyfiyyətli “4G LTE” xidmətini təqdim etməkdən böyük qürur hissi duyuruq. Abunəçilərimiz artıq platrofmalarda qatarı gözləyəndə belə bizim ultrasürətli mobil internet şəbəkəmizdən yararlanmaq imkanı qazanıblar. Bu bizim üçün böyük nailiyyətdir və əminik ki, bu sahədə gördüyümüz işlər daim mobil olmaq və bütün məkanlarda genişzolaqlı internetə yüksəksürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
4G xidməti sayəsində “Bakcell” abunəçiləri şirkətin ən müasir LTE şəbəkəsindən faydalanaraq, irihəcmli faylları, demək olar ki, bir göz qırpımında yükləyib göndərmək, musiqi axınlarını buferizasiyanı gözləmədən dinləmək, habelə şəbəkədə ləngimənin cüzi olduğundan onlayn oyunlar oynamaq imkanına malikdirlər.
“Bakcell” şirkəti bundan sonra da öz abunəçilərini yeniliklər, ən son texnologiyalar və müasir, rahat və etibarlı xidmətləri ilə sevindirəcək.
AzVision.az