Quliyev qardaşları yenidən həbs edildi

Quliyev qardaşları yenidən həbs edildi
  17 Yanvar 2018    Oxunub:1624
Bakıda oğurluqla məşğul olan qardaşlar tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də paytaxt sakini olan bir qadının çantasından pul, mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Murad Quliyev və qardaşı Tərlan saxlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Cinayət   Həbs  





Xəbər lenti