Sahibkarlara 146 milyon kredit verilib
Ötən il İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə müasir istehsal, emal və infrastruktur sahələrinin yaradılması üzrə 48 investisiya layihəsinin maliyyələşdirilməsinə 120,4 milyon manat güzəştli kredit verilib.
Qeyd edək ki, son illər SKMF tərəfindən maliyyələşdirilən 61 istehsal, emal və infrastruktur müəssisəsi 2017-ci ildə fəaliyyətə başlayıb. 2018-ci ildə 40-a yaxın bu cür müəssisənin açılması gözlənilir.
Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi 2018-ci ildə davam etdiriləcək. Bu məqsəd üçün qaytarılan vəsaitlər hesabına 170 milyon manat kredit resursu təmin olunacaq.
AzVision.az