“Bitcoin” yenidən ucuzlaşdı

  17 Yanvar 2018    Oxunub : 495
“Bitcoin” yenidən ucuzlaşdı

“Bitcoin”in dəyəri 10 min dollardan aşağı düşüb.

2017-ci ilin noyabrından sonra ilk dəfə bu gün “Bitcoin”in qiyməti 9,707 dollara enib. Ötən ilin dekabrında isə “Bitcoin” rekord həddə - 20 min dollara qədər bahalaşmışdı.

Qeyd edək ki, Çin və Cənubi Koreyanın “Bitcoin”lə əməliyyatların aparılmasını məhdudlaşdırmaq və ya qadağan etmək istəyi ilə bağlı yayılan məlumatlar kriptovalyutanın ucuzlaşmasına səbəb olub.

AzVision.az

Teqlər: Bitcoin