Evdə köməksiz qalan şəxs xilas edilib

Evdə köməksiz qalan şəxs xilas edilib
  18 Yanvar 2018    Oxunub:1177
Paytaxtın Yasamal rayonunda köməksiz qalan 1 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək qapının açılmasını təmin edib.

Əməliyyat başa çatıb.​

AzVision.az


Teqlər: FHN   Bakı   Yasamal  





Xəbər lenti