Tavuşda erməni hərbçi yaralanıb

Tavuşda erməni hərbçi yaralanıb
  18 Yanvar 2018    Oxunub:2558
Dünən saat 16:00 radələrində Tavuş vilayətinin Noyemberyan tibb mərkəzindən polis idarəsinə erməni hərbi qulluqçunun odlu silahdan açılan atəş nəticəsində yaralanması haqda məlumat daxil olub.
AzVision.az-ın Ordu.az-a istinadən verdiyi məlumata görə, araşdırma nəticəsində məlum olub ki, Lori vilayət sakini 30 yaşlı Adibek Mikoyan dünən gün saat 13:00-da Koti-Barekamavan yaşayış məntəqəsinin döyüş mövqeyində yaralanıb. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü ərərfəsində dünən baş vermiş hadisənin erməni KİV-ləri tərəfindən məhz bu gün işıqlandırılması təxribat xarakteri daşıyır.

AzVision.az



Teqlər: Erməni   Hərbçi   Qarabağ  





Xəbər lenti