Direktorun qardaşı oğlu nişanlı müəlliməni zorla qaçırıb

O da məlum olub ki, 23 yaşlı müəllimənin zorla qaçırılması hadisəsi dünən günorta saatlarında məktəbin yaxınlığında baş verib. Gənc müəllimə məktəbin 50 metrliyində kirayə tutduğu evdə yaşayırmış. Əvvəlcədən hazırlıq görən T. Zeynalov onu zorla maşına mindirərək naməlum istiqamətə aparıb.
Qeyd edək ki, qaçırılan qız Şəmkir rayon sakinidir. Onun valideynləri artıq Bərdəyə gəlib və polisə şikayət ərizəsi yazıblar. Qaçırılan qızın başqasına nişanlı olduğu bildirilir. (Lent.az)
AzVision.az
Teqlər: