Bakıda un məmulatları sexi yanıb

Bakıda un məmulatları sexi yanıb
  19 Yanvar 2018    Oxunub:2167
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Sabunçu rayonunda un məmulatlarının hazırlanması sexinin fəaliyyət göstərdiyi, hər mərtəbəsi 600 m2 olan üçmərtəbəli mansarda tipli binada baş verib. Nəticədə binanın mansardasının yanar konstruksiyaları 210 m2 sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​

AzVision.az


Teqlər: FHN   Yanğın   Sex  





Xəbər lenti