Vergi proqnozu 106,2 faiz icra edilib

Vergi proqnozu 106,2 faiz icra edilib
  19 Yanvar 2018    Oxunub:1769
2017-ci ildə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə proqnoz 106,2 faiz icra edilib ki, bu da 2016-cı illə müqayisədə 2 milyon 336 min 800 manat və ya 2,7 faiz çoxdur.
AzVision.az xəbər verri ki, bu barədə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin kollegiya iclasında deyilib.

Bildirilib ki, nağdsız əməliyyatların genişləndirilməsi məqsədilə muxtar respublikada aparılmış təbliğat tədbirlərinin nəticəsi olaraq 2017-ci ildə nağdsız hesablaşmaların həcmi 30 milyon 799 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 3 milyon 97 min manat çoxdur. İşəgötürən fiziki şəxslər tərəfindən əməkhaqqından ödənilən gəlir vergisi məbləği hesabat dövründə 126 min 650 manat olub. Bu da 2016-cı illə müqayisədə 12 min manatdan çox deməkdir.

AzVision.az


Teqlər: Naxçıvan   Vergi  





Xəbər lenti