166 repetitor vergiyə cəlb olunub

  19 Yanvar 2018    Oxunub : 530
166 repetitor vergiyə cəlb olunub
Ötən il Naxçıvanda öz əmlaklarını icarəyə verərək gəlir əldə edən 6489 fiziki şəxs tərəfindən 169 min 410 manat vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilib.
AzVision.az xəbər verri ki, bu barədə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin kollegiya iclasında deyilib.

İclasda qeyd olunub ki, repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi ilə 166 repetitor tərəfindən 2406 manat vəsaitin büdcəyə ödənilməsi təmin edilib.

AzVision.az

Teqlər: Naxçıvan   Vergi