Azərbaycanda cəmi 23 bank ipoteka krediti verir

Azərbaycanda cəmi 23 bank ipoteka krediti verir
  19 Yanvar 2018    Oxunub:2562
İpoteka krediti verən müvəkkil bankların sayı 23-ə çatıb.
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətinin məlumata görə, ötən dövrdə fond tərəfindən daha 5 bank, 1 sığorta şirkəti və 6 qiymətləndirici şirkət qurumun müvəkkil təşkilatları siyahısına əlavə edilib. İpoteka krediti verən müvəkkil bankların sayı 23-ə ("Caspian Development Bank" ASC "Atabank" ASC-yə qoşulub, "Dəmirbank" ASC-nin bank lisenziyası ləğv edilib), sığorta şirkətlərinin sayı 17-yə, qiymətləndirici şirkətlərin sayı isə 14-ə çatdırılıb.

AzVision.az


Teqlər: İpoteka   Bank   Kredit  





Xəbər lenti