Naxçıvanın büdcəsinə 8 milyondan çox vəsait daxil olub

Naxçıvanın büdcəsinə 8 milyondan çox vəsait daxil olub
  19 Yanvar 2018    Oxunub:2733
Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin 2017-ci ildə gəlirləri 71 milyon 650 min manat təyinata qarşı 79 milyon 856 min 165 manat və ya 111,5 faiz icra olunmaqla, büdcəyə 8 milyon 206 min 165 manat artıq vəsait daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında deyilib.

Qeyd olunub ki, ötən il büdcə gəlirlərinin 82,6 faizi və ya 65 milyon 985 min 695 manatı Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi, 9,5 faizi və ya 7 milyon 580 min 514 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 7,3 faizi və ya 5 milyon 803 min 298 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,6 faizi və ya 486 min 658 manatı isə digər mənbələr hesabına olunub.

Vurğulanıb ki, 2017-ci ildə büdcə xərclərinin 74,8 faizi və ya 328 milyon 728 min 928 manatı cari xərclərə, 25,2 faizi və ya 110 milyon 895 min 100 manatı isə əsaslı xərclərə yönəldilib. 2016-cı ilin analoji rəqəmi ilə müqayisədə ötən il əsaslı xərclərə 8 milyon 119 min 833 manat, yaxud 7,9 faiz artıq vəsait xərclənib.

AzVision.az


Teqlər: Naxçıvan   Maliyyə  





Xəbər lenti