Bakıda 4 otaqlı evdə yanğın olub

Bakıda 4 otaqlı evdə yanğın olub
  19 Yanvar 2018    Oxunub:1469
Bakıda ev yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 108 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü, iki otağının yanar konstruksiyaları 50 m2 sahədə və yaxınlıqda tikilmiş ümumi sahəsi 240 m2 olan ikimərtəbəli evin 2 ədəd plastik pəncərəsi yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın   FHN   Bakı  





Xəbər lenti