Tovuz-Qovlar dəmir yolu xətti təmir olunur

  19 Yanvar 2018    Oxunub : 604
Tovuz-Qovlar dəmir yolu xətti təmir olunur
Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Tovuz-Qovlar mənzilində 7,8 km-lik yolun təmirinə start verilib.
AzVision.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, 5 gün davam edəcək təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, ADY ilə Çexiyanın “Moravia Steel” şirkəti “Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 435 km dəmir yolu əsaslı təmir olunub.

AzVision.az

Teqlər: dəmir-yolu