M.Eldarovanın sözlərinə görə, Nuray məlum olaydan sonra hələ də atası ilə görüşməyib: “Nurayın heç bir problemi yoxdur. Dərslərində, davranışlarında hər şey yaxşılığa doğru gedir. Həmin hadisədən sonra nənəsi bizə gəlmişdi. Onlara vəziyyəti izah etdik. Artıq atası da, nənəsi də anladı ki, Nuray qorxur, onlarla görüşmək istəmir. Buna görə də onlar razılaşdılar. O vaxtdan sonra Nuray atası ilə görüşməyib. Atası başa düşdü ki, uşağı zorla aparmağın mənası yoxdur. Həmin şəxslərlə heç bir problemimiz yoxdur. Hamı öz həyatına qaldığı yerdən davam edir”.

Şahanə Rəhimli
AzVision.az