“İşdən özüm çıxmışam” – AzTV yetkilisi

Ərizəsinə hələ də qol çəkilib-çəkilmədiyini bilmədiyini deyən Mehriban Məmmədova xatırladıb ki, onu daha öncə çalışdığı İctimai Televiziyadan AzTV-yə sədr Arif Alışanovun özü dəvət edib və informasiya proqramları studiyasının direktoru vəzifəsini tapşırıb: "İşlədiyim dövrdə rəhbərliklə hər hansı bir problem yaşanmayıb. Arif Alışanovun təqdimatı ilə mənə fəxri ad və jurnalistlərin binasından ev verilib. Adətən gedənlər nəsə danışırlar. Amma mən səmimi deyirəm ki, heç bir problem olmayıb. O sədrdir, mən studiya direktoru. Studiya direktorunun sədrlə nə problemi ola bilər ki? Rəhbər kimi də mən ondan yalnız yaxşılıq görmüşəm”.
Teqlər: #AzTV #Mehriban-Məmmədova