Rusiyaya külli miqdarda pul aparan şəxs tutuldu

  20 Yanvar 2018    Oxunub : 716
Rusiyaya külli miqdarda pul aparan şəxs tutuldu
Azərbaycandan keçməklə İrandan Rusiyaya külli miqdarda valyuta aparan şəxs saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiyaya “Gül kələmi” yükü aparan Rusiya vətəndaşı Karanaev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi “Volvo FN 12” markalı E900XX05/AH264639 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və54 ədəd 500-lük əsginaslardan ibarət ümumilikdə 29 milyon 980 min Rus rublu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az

Teqlər: Gömrük   Valyuta