Bakıda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib

***
11:03)
Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın lokallaşdırılıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın hadisəsi baş verib. AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
AzVision.az