Tütün, qida və içki istehsalı artıb

Tütün, qida və içki istehsalı artıb
  21 Yanvar 2018    Oxunub:3122
Ötən il 2016-cı illə müqayisədə tütün məmulatlarının istehsalında 7,9 faiz, qida məhsullarının istehsalında 1,0 faiz, içki istehsalında isə 17,2 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 9,2 faiz, kolbasa məmulatlarının istehsalı 30,4 faiz, duru bitki yağlarının istehsalı 2,4 faiz, marqarin istehsalı 8,6 faiz, cem və marmeladların istehsalı 0,8 faiz, pivə istehsalı 39,7 faiz, alkoqolsuz içkilərin istehsalı 1,0 faiz artıb, qənd və şəkər tozu istehsalı isə 45,5 faiz azalıb.

AzVision.az


Teqlər: Statistika   Məhsul   İstehsal  





Xəbər lenti