Ötən il kreditlərin 96,6 faizi banklar tərəfindən verilib

  21 Yanvar 2018    Oxunub : 938
Ötən il kreditlərin 96,6 faizi banklar tərəfindən verilib
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2017-ci il dekabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12226,2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ümumi kredit portfelinin 9872,2 milyon manatı və ya 80,7 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,6 faizi banklar, 3,4 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1890,3 milyon manata çatıb və ümumi kredit portfelinin 15,5 faizini təşkil edib.

AzVision.az

Teqlər: Mərkəzi-Bank   Kredit