Bakıda maşın oğruları tutulub

Bakıda maşın oğruları tutulub
  22 Yanvar 2018    Oxunub:1377
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən nəqliyyat vasitəsi qaçırdığına görə tutulan Azər Salayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayətlərinin də üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, onun 2016-cı ilin oktyabrın 12-də və 24-də daha iki “VAZ-2104” markalı avtomobilləri qaçırması və həmin qanunsuz əməli 2 nəfərlə birgə törətməsi də müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakinləri Nicat Ağabəyov və Elşən Babayev müəyyən edilərək saxlanılıblar.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti