Almaniya XİN: “Qarabağın sülh yolu ilə həllinin tərəfdarıyıq”

Almaniya XİN: “Qarabağın  sülh yolu ilə həllinin tərəfdarıyıq”
  22 Yanvar 2018    Oxunub:1619
Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke arasında görüş keçirilib.
AzVision.az xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, siyasi, iqtisadi və humanitar sahələrdə Almaniya–Azərbaycan münasibətləri ətrafında müzakirələr aparılıb.

Milli Məclisin gənclər və idman komitəsinin sədri, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fuad Muradov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Bildirib ki, bu əlaqələr həm siyasi, həm də iqtisadi sahədə inkişaf edir. Yüksək səviyyəli görüşlər göstərir ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər müxtəlif istiqamətlər üzrə inkişaf edir. Ölkələrimiz arasında iqtisadiyyat, mədəniyyət, insan haqları, demokratiya sahələrində yaxşı əməkdaşlıq mövcuddur.

Azərbaycan Milli Məclisi ilə Almaniya Bundestaqı arasında da əlaqələrin yüksək səviyyədə olduğunu deyən deputata bildirib ki, Almaniya hökuməti və xalqı ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Almaniyanın sülhpərvər missiyası, beynəlxalq hüquqa əsaslanmış mövqeyi bizi sevindirir.

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke bildirib ki, iki ölkə arasında münasibətlər dinamik inkişaf şəkildə inkişaf edir. O, bu səfərinin əlaqələrimizin daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Almaniyanın Azərbaycan ilə əməkdaşlığa çox böyük önəm verdiyini deyən qonaq bildirib ki, Azərbaycan Almaniyanın Qafqazdakı çox vacib iqtisadi tərəfdaşdır. Bundan əlavə, iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etməsi əhəmiyyətlidir.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Andreas Peşke qeyd edib ki, Almaniya bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır.

Görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyəti və onun daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Qonağa Azərbaycanda həyata keçirilən islahatlar, ölkəmizin iqtisadi inkişafı haqqında ətraflı məlumat verilib. Tərəflər münasibətlərin yaxşılaşdırılması üçün bu cür görüşlərin və faydalı fikir mübadilələrinin vacibliyini vurğulayıblar.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Almaniya   Azərbaycan   Dağlıq-Qarabağ  





Xəbər lenti