Bakıda içində 70 min manat olan seyf oğurlanıb

  22 Yanvar 2018    Oxunub : 357
Bakıda içində 70 min manat olan seyf oğurlanıb

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ötən ilin sentyabr ayında baş verən və zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq cinayətinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini olan qadının yaşadığı evə qanunsuz daxil olaraq oradan içərisində 35 000 manat və 18 800 dollar olan seyfi oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Nicat İsrafilov saxlanılıb. N. İsrafilov istintaqa ifadəsində qeyd edilən evdən oğurluq etdiyini etiraf edib.



Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.



AzVision.az

Teqlər: DİN   Oğurluq