Azərbaycan dünya reytinqində 3-cü oldu

Azərbaycan dünya reytinqində 3-cü oldu
  22 Yanvar 2018    Oxunub:4163
Azərbaycan inklüziv inkişaf indeksinə görə inkişaf etməkdə olan ölkələr sırasında üçüncü yerdə qərarlaşıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumat İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində dünya ölkələrinin iqtisadi inkluzivliyə görə reytinqində yer alıb. Belə ki, ümumi daxili məhsulun alternativi kimi işlənib hazırlanmış inklüziv inkişaf indeksi insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları daha dəqiq əks etdirir.

Reytinqə əsasəm İnkişaf etməkdə olan ölkələr arasında Litva 4,86 bal toplayaraq 1-ci, 4,74 balla Macarıstan 2-ci, 4,69 balla isə Azərbaycan 3-cü yerdə qərarlaşıb.



İnkişaf etmiş ölkələr sırasında iqtisadiyyatın inklüzivliyinə görə Norveç 6,08 balla 1-ci, İslandiya 6,07 balla 2-ci, Lüksemburq 6,07 balla 3-cü pillədə qərarlaşıb.

AzVision.az


Teqlər: Azərbaycan   Davos  





Xəbər lenti