Bakıda ötən il 322 nəfər kimsəsizlər məzarlığında dəfn olunub

Bu barədə AzVision.az-a Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov məlumat verib. Onun sözlərinə görə, həmin şəxslər Hövsan qəbirstanlığında kimsəsizlər üçün ayrılan sektorda dəfn olunub.
S.Həsənov qeyd edib ki, bu proses azı bir il çəkir: “Qayda belədir. Qumsal torpaqlarda bir il, nəm torpaqlarda 3 il meyiti çıxarmağa icazə verilmir. İl ərzində belə müraciət çox az olur: haradasa 1-2 nəfər”.
Aytən Zəhra
AzVision.az