Binəqədidə 2 yaşlı qız yanaraq ölüb

Binəqədidə 2 yaşlı qız yanaraq ölüb
  22 Yanvar 2018    Oxunub:1752
Bakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 m2 olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 m2 olan bitişik tikili yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb. Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkarlanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti