Keçmiş məhkum tapança ilə tutuldu

Keçmiş məhkum tapança ilə tutuldu
  22 Yanvar 2018    Oxunub:1327
Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə rayon ərazisində Cəlal adlı şəxsdə silah-sursat olması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a bildirilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, Bakı şəhər sakini Cəlal Nurəddin oğlu Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 2 ədəd patron olan “TT” markalı tapança aşkarlanaraq götürülüb.

Qeyd edək ki, C. Əliyev əvvəllər də üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyinə görə məhkum olunub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Tapança  





Xəbər lenti