Azərbaycan nefti bahalaşıb

  23 Yanvar 2018    Oxunub : 490
Azərbaycan nefti bahalaşıb
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
AzVision.az xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,97 dollar bahalaşaraq 70,94 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar artaraq 69,38 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,37 dollar bahalaşaraq 63,94 dollar təşkil edib.

AzVision.az

Teqlər: Neft