Mikroavtobus piyadanı vuraraq öldürüb

Mikroavtobus piyadanı vuraraq öldürüb
  23 Yanvar 2018    Oxunub:1303
Tərtərdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yanvarın 22-də saat 20.00 radələrində Tərtər rayonunun Qaradağlı kəndində rayon sakini Məhəmməd Əhmədov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən həmyerlisi Firdovsi Məmişovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Piyada   DİN  





Xəbər lenti