Növbəti hərrac keçirilib

Növbəti hərrac keçirilib
  23 Yanvar 2018    Oxunub:2030
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
AzVision.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, hərracda kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahələri yeni sahibini tapıb. Onların bir qisminin fəaliyyətini genişləndirməklə yaxşı qazanc əldə etmək mümkündür. Məsələn, Göygöl şəhərindəki 2 saylı hamam xidmət sahəsində gəlirli hesab olunur. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 500 kv.m-ə yaxın, torpaq sahəsi isə 1500 kv.m-dən çoxdur.

Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bundan başqa, Bakının Sabunçu rayonunda yerləşən 4 saylı qeyri-yaşayış sahəsi də əlverişli obyektlərdəndir. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min kv.m-dən çox, torpaq sahəsi isə 4 500 kv.m-ə yaxındır. Hərracda özəlləşdirilmiş daha bir istifadəsiz qeyri-yaşayış sahəsi Kürdəmir rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 133,2 kv.m-dir.

Qeyd edək ki, özəlləşməyə çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı, kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.

Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya “Elektron Hökumət Portalı”na (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi ödəyir. Behi ödənildikdən sonra istifadəçiyə təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir.

AzVision.az


Teqlər: Hərrac  





Xəbər lenti