Könül Xasıyeva toy videosundan danışdı, keçmiş ərini təriflədi - VİDEO

“Mən həmişə sənətimlə gündəmə gəlmişəm. Şəxsi həyatımın müzakirəyə çıxarılmasını istəməzdim. Həyat yoldaşımdan xəstəliyimə görə ayrılmamışam” - deyən xalq artisti boşandığı həyat yoldaşının yaxşı insan olduğunu söyləyib.
“O, yaxşı insan, qayğıkeş atadır. Həmişə uşağına baş çəkir, onun səhhəti ilə maraqlanır. Xəstəliyimlə bağlı mənə də baş çəkib, maraqlandı. Bizim oğlumuz var. Bu səbəbdən münasibətimizi həmişə yaxşı saxlamışıq. Yollarımız ayrılsa da, o, çox gözəl insandır”.
K.Xasıyeva, hazırda səhhətinin nisbətən yaxşı olduğunu, müalicələrinin davam etdiyini vurğulayıb: “Hazırda evdəyəm. Müalicələrimi ev şəraitində alıram. Özümü pis hiss etmirəm. Oğlumun vəziyyətindən narahatam. Bu yaxınlarda onda ürək xəstəliyi aşkar olunub, müalicə etdirirəm”.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Könül-Xasıyeva