Lənkəranda iki qadını öldürən ruhi xəstə tutuldu

Həkimlərin səyinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb, S.Məmmədova həmin gün, Humay isə yanvarın 20-də xəstəxanada ölüblər. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin yanvarın 12-də itkin düşmüş şəxs kimi axtarışda olan Liman şəhər sakini, ruhi xəstə Fərrux Zeynalov tərəfindən törədilməsinə dair əsaslı şübhələr yarandığından, o, görülmüş tədbirlərlə saxlanılaraq istintaqa cəlb olunub.
Araşdırmalarla F.Zeynalovun yanvarın 14-də həmyerliləri Heybət Abdullayevə və Nəcəfqulu Həsənova da həm kəsici, həm də küt alətlə xəsarətlər yetirməsi müəyyən edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az