Prezident Davosda iqtisadi prioritetləri açıqladı - YENİLƏNİB (VİDEO)

Prezident Davosda iqtisadi prioritetləri açıqladı - YENİLƏNİB (VİDEO)
  23 Yanvar 2018    Oxunub:3760
“İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetlərimizdir və mən düşünürəm ki, biz bu istiqamətdə xeyli uğur əldə etmişik”.

AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Davos İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” sessiyasında çıxışı zamanı deyib.
“Dünya bazarlarında qiymətlər dramatik şəkildə aşağı düşdükdə mən Azərbaycanda bildirdim ki, bizim üçün post neft dövrü başladı. Biz ölkənin əsas gəlir mənbələri kimi texnologiya, sənaye, kənd təsərrüfatı kimi sahələri nəzərdən keçiririk. Məhz buna görə, biz ciddi islahatlar keçirdik və onun çox gözəl nəticələri oldu. Deyə bilərəm ki, iqtisadiyyatın şaxələndirilməsi prosesi hazırda da qüvvədədir və bizim bunu dayandırmaq fikrimiz yoxdur”, -deyə dövlət başçısı bildirib.



Prezident qeyd edib ki, neftin qiymətinin qalxması ölkənin maliyyə rezervlərini artıracaq: “Biz həmçinin xərclərimizi də optimallaşdırdıq. Keçən il neft və qazın qiymətləri aşağı olduqda biz 4,5 milyard dollardan artıq maliyyə vəsaiti əldə etdik. Bu isə o anlama gəlir ki, neftin qiymətləri aşağı olduqda belə biz təhlükəsiz tərəfdə olacağıq. Bizim bu il üçün dövlət büdcəmizdə neftin qiyməti 45 dollar civarında göstərilib. Bu isə o anlama gəlir ki, indiki qiymətlərdə belə bizim maliyyə rezrvlərimiz artacaq. Lakin eyni zamanda biz anlayarıq ki, neft və qaz bizim iqtisadiyyatımızın əsas hissəsi olaraq qalacaq”.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Davos   Forum  





Xəbər lenti