İlham Əliyevdən önəmli mesajlar: “Neft və qaz bir gün bitəcək” - VİDEO

  23 Yanvar 2018    Oxunub : 2664
İlham Əliyevdən önəmli mesajlar: “Neft və qaz bir gün bitəcək” - VİDEO
“Bu gün qeyri-neft sektor bizim ÜDM-nin 17 faizini təşkil edir. Bizim əsas hədəfimiz ixracatımızda qeyr-neft sektorunu şaxələndirməkdir”.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya iqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində deyib.

Prezidentin sözlərinə görə, enerji layihələri Azərbaycan və region üçün olduqca önəmlidir:

“Bizim təşəbbüskarı olduğumuz layihələr regionun, Avrasiyanın xəritəsini dəyişib. Gürcüstanın Supsa limanına kimi çəkdiyimiz Bakı-Supsa boru kəməri Xəzəri və Qara dənizi birləşdirdi. İkinci boru xətti Xəzəri və Aralıq dənizini birləşdirən Bakı-Tbilisi Ceyhan boru xətti oldu. Həmin yolla biz qaz boru xəttini də çəkdik. Buna görə də biz karbohidrogenlərin ixrac yollarını diversifikasiya etmişik və tərəfdaşlarımız üçün enerji təhlükəsizliyini təmin edirik.



Azərbaycan Avropa İttifaqının bəzi ölkələri üçün artıq neft təminatçısıdır. Cənubi Qaz Dəhlizi layihəsini bitirdikdən sonra Avropa ölkələri bizim təbii qazımıza da çıxış əldə edəcəklər. Bakı-Tbilisi-Qars layihəsi dəmiryolu xətti regionun nəqliyyat xəritəsini dəyişdi. Bu hazırda Çindən Avropaya gedən ən qısa yoldur. Əgər yüklər əvvəl bu marşrut üzrə 33-35 günə gedirdisə indi bu müddət iki həftəyə qədər enib. Dənizə çıxış olmayan Azərbaycan regional nəqliyyat habına çevrilib. Gələcək neft və qazda deyil. Neft və qaz bir gün bitəcək. Gələcək innovasiyalar, effektivlik, şəffaflıq, menecment və sahibkarlığa dövlət dəstəyidir. Bir neçə il əvvəl əsas məqsədlərimizdən biri yoxsulluq və işsizliyi aradan qaldırmaq idi. Biz bu məqsədi uğurla icra etdik. Hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi 5,4 faizə düşüb, işsizlik 5 faizdir. Son 15 ildə əhalimiz 1,5 milyon artıb. Ötən il 177 yeni daimi iş yeri açılıb. Bu bizim siyasətimizi nümayiş etdirir”.

Prezident qeyd edib ki, Azərbaycanda sahibkarlığı dəstəkləmək üçün xüsusi fond mövcuddur: “Bu fond vasitəsilə son 10 ildə özəl sektora 2 milyard dollar güzəştli kredit verilib. Eyni zamanda regionların inkişafına xüsusi diqqət ayırmışıq. İndi regional inkişafla bağlı üçüncü proqram həyata keçiririk və bu proqramın əsas şərtlərindən birincisi infrastrukturdur. Son 15 ildə kənd yolları da daxil olmaqla, 12 min kilometrdən çox yol çəkmişik”

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident   Davos