Naxçıvana 8,5 milyarddan çox investisiya qoyulub

Naxçıvana 8,5 milyarddan çox investisiya qoyulub
  24 Yanvar 2018    Oxunub:1438
Əgər 1990-cı ildə muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə, hazırda bu müəssisələrin sayı 7,9 dəfə artaraq 442-yə çatıb.
AzVision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov deyib.

Nazir bildirib ki, son illər muxtar respublika iqtisadiyyatına 8,5 milyard manatdan çox investisiya yönəldilib, 12 mindən çox müxtəlif təyinatlı obyekt istifadəyə verilib.

Qeyd olunub ki, əvvəllər muxtar respublikada cəmi bir elektrik stansiyası vardısa, bu gün enerji istehsalı müəssisələrinin sayı 8-ə, ümumi gücü 239,4 meqavata çatdırılıb. Ötən il müasir yol infrastrukturunun inkişafı ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirilib, 70,5 kilometr uzunluğunda avtomobil yolları salınıb, 12 körpü tikilib və ya yenidən qurulub, muxtar respublikaya xarici ölkələrdən 410 mindən çox turist gəlib.

2003-cü ildən ötən müddətdə muxtar respublika üzrə 71 mindən artıq yeni iş yerləri yaradılıb.

Bu müddət ərzində muxtar respublikanın xarici ticarət dövriyyəsi 1995-ci
illə müqayisədə 24,2 dəfə artaraq 2017-ci ildə 459 milyon 889 min ABŞ dollarına çatıb, xarici ticarətdə 386 milyon 751 min ABŞ dolları həcmində müsbətsaldo yaranıb, 50-dən çox xarici ölkə ilə ticarət əlaqələri aparılıb.

AzVision.az


Teqlər: Naxçıvan   İqtisadiyyat  





Xəbər lenti