Külli miqdarda narkotik müsadirə olunub

  24 Yanvar 2018    Oxunub : 277
Külli miqdarda narkotik müsadirə olunub

Ötən gün polis əməkdaşları tərəfindən narkotiklərə qarşı keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakıda Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Akif Axıyev olduğu məlum olub. Baxış zamanı onun üzərindən 0,18 qram heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə də baxış keçirilib və oradan əlavə olaraq 301,109 qram heroin, 1,561 qram tiryək və 0,9 qram “Tromodol” aşkar edilərək götürülüb.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Aşağı Qaramanlı kənd sakini Seymur Xankişiyevin üzərindən 11 qram, evinə baxış zamanı isə 385 qram marixuana aşkar edilib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş İmadil Qocamanovdan 445 qram marixuana götürüblər. Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvuil veriliblər. Qeyd olunan faktlarla bağlı rayon polis şöbələrində cinayət işləri başlanılıb.

AzVision.az

Teqlər: DİN   Narkotik