Ürək tutmasından dünyasını dəyişən azərbaycanlı jurnalistlər

N.Məlikov "Zerkalo" qəzetində şöbə müdiri vəzifəsində çalışıb. Onun sonuncu iş yeri “Vesti.Az” saytı olub.
Ötən ilin noyabr ayında daha bir jurnalist vəfat edib. Tanınmış jurnalist Natiq Qədimov infarktdan dünyasını dəyişib. N.Qədimov ANS telekanalında və digər mətbu orqanlarda çalışıb. Son iş yeri isə “APA Holdinq”ə daxil olan APA TV olub. Mərhum Maştağa qəbristanlığında torpağa tapşırılıb.
2016-cı ildə Lider Televiziyasının “Səda” İnformasiya Depatamentinin əməkdaşı, tanınmış jurnalist İlqar Qulusoy qəfil ölümü ilə bütün qələm əhlini sarsıdıb. Mərhum jurnalsit dostları ilə futbol oynayırmış. Qəfildən ürəyi tutub və yıxılıb. Ona ilk yardım göstərməyə çalışsalar da, xeyri olmayıb. "Təcili Yardm" gələnə qədər İlqar dünyasını dəyişib.
Tanınmış jurnalist Ceyhun Nağı 2011-ci ilin 10 avqust tarixində ürək tutmasından 39 yaşında vəfat edib. Müxtəlif mətbuat orqanlarında çalışan C.Nağının son iş yeri redaktoru olduğu "Həftə içi" qəzeti olub.
Anar Kəlbiyev
AzVision.az