Ötən il sahibkarlara 1646 lisenziya verilib

Ötən il sahibkarlara 1646 lisenziya verilib
  24 Yanvar 2018    Oxunub:1316
İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 2017-ci ildə sahibkarlara 1646 lisenziya verilib. Bunun da 1027-si yeni, 619-u müddətsiz lisenziya ilə əvəz edilib və ya yenidən rəsmiləşdirilmiş lisenziyalardır.
Bu barədə İqtisadiyyat Nazirliyində keçirilən geniş kollegiya iclasında nazir Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, lisenziyaların verilməsinə başlanıldığı 2015-ci il noyabrın 2-dən indiyədək sahibkarlara ümumilikdə 5 min lisenziya verilib. Bu lisenziyaların 2 min 694-ü yeni, 2 min 306-sı isə müddətsiz lisenziya ilə əvəz edilib və ya yenidən rəsmiləşdirilmiş lisenziyalardır: “Lisenziyalar əsasən əczaçılıq, tikinti-quraşdırma işləri, özəl tibb, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, baytarlıq preparatlarının satışı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, təhsil, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri, rabitə xidmətləri sahələrinə verilib”.

AzVision.az


Teqlər: Şahin-Mustafayev  





Xəbər lenti