Yol polisi oğurlanan 227 maşını tapıb

Yol polisi oğurlanan 227 maşını tapıb
  25 Yanvar 2018    Oxunub:2260
Ötən il axtarışda olan 54 nəfər və 236 avtomobil yol polisi tərəfindən saxlanılıb. Polisin digər xidmətləri ilə birgə 40 kiloqramdan çox narkotik vasitə, 6 odlu silah aşkar edilərək istintaq orqanlarına verilib.
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ötən ilin yekunlarına dair müşavirədə deyib.

R.Zeynalov qeyd edib ki, qeydiyyat-imtahan məntəqələrində avtonəqliyyat vasitələrinin sənədləşdirilməsi zamanı axtarışda olan 27 şəxs və 9 avtomobil saxlanılıb. Bundan əlavə 272 saxta sənəd aşkarlanaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. Qaçırılmış və oğurlanmış 246 nəqliyyat vasitəsindən 227-nin “isti izlər”lə tapılması təmin edilib.

AzVision.az


Teqlər: DYP   Maşın   Oğurluq   Ramiz-Zeynalov  





Xəbər lenti