Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb
  25 Yanvar 2018    Oxunub:1509
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,01 dollar və yaxud 0,01% azalıb.
AzVision.az xəbər verir ki, hazırda "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 71,41 dollar təşkil edir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,65 dollar və ya 0,99% artaraq 66,26 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,44 dollar və ya 0,62% artaraq 70,97 dollar təşkil edib.

AzVision.az


Teqlər: Neft  





Xəbər lenti