Ötən il Azərbaycanda 84 partlayış olub - 17 ölü, 87 yaralı

  25 Yanvar 2018    Oxunub : 422
Ötən il Azərbaycanda 84 partlayış olub - 17 ölü, 87 yaralı
2017-cı il ərzində respublika ərazisində 13170 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1059 hadisə və ya 9% çoxdur.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az–a bildirilib ki, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 72 nəfər həlak olub, 334 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 153 nəfər xilas edilib, 1644 nəfər təxliyə olunub.

2017-ci il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 12911 çıxış edilib.

Eyni zamanda 2017-ci il ərzində respublika ərazisində 84 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı il ilə müqayisədə 16 hadisə və ya 24% çoxdur. Partlayışlar zamanı 17 nəfər həlak olub, 87 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 1 nəfər xilas edilib, 20 nəfər təxliyə olunub.

AzVision.az

Teqlər: FHN   Partlayış