Qadını döyərək çantasını oğurlayan şəxs tutuldu

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda polis əməkdaşları tərəfindən müəyyən edilərək “isti izlər”lə saxlanılıb.
Araşdırmalarla onun Salyan rayon sakini Şahin Məmmədov olması müəyyən edilib. Quldurluq yolu ilə əldə etdiyi çanta maddi sübut kimi ondan götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
AzVision.az