Bakıda yanğın, sakinlər təxliyə edilib

Bakıda yanğın, sakinlər təxliyə edilib
  25 Yanvar 2018    Oxunub:1850
Bakıda yaşayış binasında yanğın olub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacı və 5 p.m kabel yanıb.

Yanğınsöndürənlər tərəfindən 13 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub, 1 nəfər xilas edilib. Mənzillər yanğından mühafizə olunub və yanğın söndürülüb.​

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti