Avropa Komissiyası Azərbaycanın layihələrinə vəsait ayıracaq

Avropa Komissiyası Azərbaycanın layihələrinə vəsait ayıracaq
  25 Yanvar 2018    Oxunub:2394
Avropa Komissiyası Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan layihələrə maliyyə vəsaiti ayıracaq.
Bu barədə Avropa Komissiyası məlumat yayıb. Bildirilib ki, Avropa Komissiyası Azərbaycan və Türkmənistan təbii qazının Gürcüstan və Türkiyədən keçməklə Avropa İttifaqı (Aİ) ölkələrinə nəqlini nəzərdə tutan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans-Anadolu qaz boru kəməri (TANAP) və Transxəzər qaz kəməri layihələrinin həyata keçirilməsi məqsədilə ümumilikdə 1 milyon 871 min 725 avro maliyyə vəsaiti ayıracaq.

AzVision.az


Teqlər: Avropa-Komissiyası   Azərbaycan  





Xəbər lenti