Parlamentin yaz sessiyasının işlər planı açıqlandı

Parlamentin yaz sessiyasının işlər planı açıqlandı
  26 Yanvar 2018    Oxunub:1602
Milli Məclisin yaz sessiyasının qanunverici işlər planı açıqlanıb.
AzVision.az xəbər verir ki, parlamentin qanunverici işlər planına əsas Azərbaycan Prezidentinin, deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunverici təşəbbüs qaydasında təqdim etdiyi qanun layihələri daxildir.

Bundan başqa, yaz sessiyasında "Azərbaycan Respublikasının dövlət bayrağı haqqında", "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında", "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Konstitusiya qanunlarına baxılacaq.

Bundan başqa, Azərbaycan Respublikasında Dövlət daktkloskopik və genom qeydiyyatı haqqında", "Daxili qoşunlar haqqında", "Ələt azad iqtisadi zonası haqqında" "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Texniki təmizləmə haqqında", "Standartlaşma haqqında", "Hesablama palatası haqqında" "Kabel şəbəkəsi yayımı haqqında", "Kinemotoqrafiya haqqında", "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Turizm haqqında", "Psixoloji yardım haqqında", "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında", "Peşə təhsili haqqında" qanun layihələri müzakirə olunacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Deputat  





Xəbər lenti