Veteran polislər 138 cinayətin açılmasında iştirak edib

Ölkəmizin bütün bölgələrində olduğu kimi paytaxtda da polis veteranları öz bilik və bacarıqlarını gənc əməkdaşlarla bölüşürlər.
2017-ci il ərzində Səbail RPİ-nin Veteranlar Şurasının üzvləri ümumtəhsil məktəblərində, liseylərdə və kolleclərdə gənclərin vətənpərvər ruhda böyümələri, zərərli vərdişlərə, narkomaniyaya və radikal dini qurumlara qoşulmalarının qarşısının alınması məqsədi ilə şagirdlərlə 52 görüş keçirib və maarifləndirici söhbətlər aparıblar.
Onlar cinayətkarlıqla mübarizədə də öz səylərini göstəriblər və ötən il rayon ərazisində 138 cinayətin açılmasında yaxından iştirak ediblər.
RPİ-nin Veteranlar Şurasının sədri Məmməd Qədimov əminliklə bildirdi ki, veteranların mütəmadi olaraq gənclərlə bir araya gəlməsi gələcək xidməti uğurlara yol açmaqla, ümumilikdə cəmiyyətin maraqlarına uyğundur, hamıya fayda gətirir.
AzVision.az
Teqlər: DİN Polis Veteran Cinayət