Qaçırdığı avtomobili yandıran şəxs saxlanılıb

Avtomobil saat 2 radələrində Ağdaş rayonunun Şıxlı kəndinin ərazisində yanan vəziyyətdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Təxirəsalınmaz tədbirlərlə avtomobili qaçıraraq yandırmaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Mustafayev qısa zamanda polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb. Yevlax RPŞ tərəfindən araşdırma aparılır.
AzVision.az
Teqlər: DİN